Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir

18.02.2019 17:39

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 17-dən Əbu-Dabidə keçirilən “IDEX-2019” 14-cü Beynəlxalq Müdafiə Sərgi və Konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

Tədbirə qatılan nümayəndə heyətinin sərgi çərçivəsində Tükiyənin “MKEK”, Rusiyanın “Rosoboronexport”, Serbiyanın “Yugoimport”, Birləşmiş Ərəb Əmirliklərinin “Mobile Land Systems” və “Tawazun”, Səudiyyə Ərəbistanı Krallığının “Military İndustries Corporation” şirkətlərinin rəhbər və nümayəndələri ilə görüşləri olub. Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan istehsalı olan hərbi təyinatlı məmulatların ixracına dair müvafiq danışıqlar aparılıb.

“IDEX” sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın himayəsi altında BƏƏ-nin Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Sərgi işini fevralın 21-dək davam etdirəcək.




Oxunub: 844



Çap versiyası  Çap versiyası