Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşü keçirildi

14.01.2019 16:06

Yanvarın 14-də Ankarada Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşü keçirildi. Türkiyənin Müdafiə Sənayesi Başkanlığında təşkil olunan görüş 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin müddəalarına uyğun olaraq həyata keçirildi.

Görüşdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və birlik, müəssisələrinin rəhbərlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti, Türkiyənin “Aselsan”, “Roketsan”, “Ayesaş”, “TAİ”, “Çukurova” və digər qabaqcıl müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak edirdi.

Görüş zamanı Türkiyənin tədbirdə təmsil olunan şirkətlərinin fəaliyyətləri ilə bağlı təqdimatlar keçirildi.

Tədbirdə Azərbaycan ilə Türkiyə arasındakı müdafiə sənayesi üzrə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olundu və bir sıra yeni əməkdaşlıq layihələrinin icrası ilə bağlı qarşılıqlı razılıqlar əldə edildi.

Sonda iclasın yekununa dair protokol imzalandı.

Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin müdafiə sənayesi başkanı İsmayıl Dəmir ilə də görüşü oldu.




Oxunub: 1405



Çap versiyası  Çap versiyası