Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

Nazir müavini Yəhya Musayev “Poly Technologies” şirkətinin nümayəndələri ilə görüşdü

28.09.2018 18:20

Sentyabrın 28-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev  Çin Xalq Respublikasının “Poly Technologies” şirkətinin vitse prezidenti Liu Jianminin rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüşdü.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verdi.

Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Nümayəndə heyətinin üzvləri “ADEX-2018” sərgisinə  qatıldıqlarına görə məmnun olduqlarını ifadə etdilər.




Oxunub: 1612



Çap versiyası  Çap versiyası