Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar Fransada "EUROSATORY-2018” sərgisində nümayiş etdirilir

11.06.2018

İyunun 11-də Fransanın paytaxtı Parisdə keçirilən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu "EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub. Açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 270 adda məmulat nümayiş etdirir. "EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Sərginin ilk günü nazir Yavər Camalovun Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Fransanın qabaqcıl şirkətlərindən olan “Thales” və “Nexter”in nümayəndə heyətləri ilə görüşləri olub. Görüşlərdə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb. Eyni zamanda, Yavər Camalov Almaniyanın ”Rheinmetall” şirkətinin nümayəndə heyəti ilə də görüşüb. Görüşün sonunda Müdafiə Sənayesi Nazirliyi ilə ”Rheinmetall” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Görüşlərdə nazir Yavər Camalov Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı geniş müzakirələr də aparıb.




Oxunub: 653



Çap versiyası  Çap versiyası