Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

Azərbaycanın hərbi təyinatlı məhsulları Fransada nümayiş etdiriləcək

07.06.2018

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Parisdə keçiriləcək Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində - "EUROSATORY-2018”də nümayiş etdiriləcək. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Fransada səfərdə olacaq.

Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək.

"EUROSATORY-2018” sərgisində dünyanın 63 ölkəsindən 1700-dən artıq şirkətin iştirakı gözlənilir.

Səfər zamanı nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur.




Oxunub: 1679



Çap versiyası  Çap versiyası