Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

Müdafiə Sənayesi Nazirliyində Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirildi

21.04.2017

Aprelin 21-də Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə və aerokosmik sənaye nazirinin müavini Arman Kairbekoviç Ramazanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

Nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verildi.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Səfər çərçivəsində qonaqlar nazirliyin müəssisələrində oldular və istehsal prosesinə baxdılar.




Oxunub: 765



Çap versiyası  Çap versiyası