Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

Nazir Yavər Camalov Qazaxıstanın Azərbaycandakı səfirini qəbul etdi

13.04.2017

Aprelin 13-də müdafiə sənayesi naziri Yavər Camalov Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Beybit İsabayevi qəbul etdi.

Görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğuladı.

Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verdi. 

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi polkovnik Kair Tezekbayev də görüşdə iştirak edirdi.




Oxunub: 921



Çap versiyası  Çap versiyası