Nazir müavini Yəhya Musayev Çexiya nümayəndə heyətini qəbul etdi

17.05.2019 12:18

Mayın 17-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan Çexiyanın “Ceska Zbrojovka Group SE” şirkətinin idarə heyətinin sədri və prezidenti Lubomir Kovarikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Qonaqları salamlayan nazir müavini Azərbaycan ilə Çexiya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla ifadə etdi. Nazirliyin fəaliyyətindən danışan Yəhya Musayev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Çexiyanın müvafiq qurumları ilə hərbi-texniki sahədə əməkdaşlıq emək üçün hər zaman hazır olduğunu bildirdi.

Görüşdə  Müdafiə Sənayesi Nazirliyi ilə  “Ceska Zbrojovka Group SE” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparıldı.

Sonda Lubomir Kovarik səmimi qəbula görə təşəkkürünü bildirdi.

 

    




Oxunub: 2084