Nazir müavini Yəhya Musayev “MILEX-2019” sərgisində Roman Qolovçenko ilə görüşüb

15.05.2019 17:17

Mayın 15-də Minskdə keçirilən “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tədbirə ev sahibliyi edən Belarus Respublikasının stendini ziyarət edib və bu ölkənin Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədəki mövcud əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sərgidə nazir müavini Yəhya Musayev Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin 15 illik yubiley medalı ilə təltif olunub.




Oxunub: 403