Müdafiə Sənayesi Nazirliyi “QFAB-250 LG” aviasiya bombasını xaricdə keçirilən sərgidə - “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirir

01.05.2019 13:28

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan “QFAB-250 LG” aviasiya bombasının inert nümunəsi İstanbulda keçirilən “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirilir və böyük maraqla qarşılanır.

Qeyd edək ki, lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “ASELSAN” şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb. Aviasiya bombasının 3 ədəd inert nümunəsi artıq hazırdır, bu nümunələrin sınaqlarının keçirilməsi planlaşdırılır. İnert nümunlərin sınaqları yekunlaşdıqdan sonra döyüş nümunələrinin sınaqlarının həyata keçirilməsi  nəzərdə tutulur.

Uzunluğu 3300 millimetr, diametri 240 millimetr, kütləsi 270 kiloqram olan “QFAB-250 LG” aviasiya bombaları 12000 metrədək məsafədən hədəfi maksimum 10 metr sapma ilə vurmaq imkanı verəcək.

“QFAB-250 LG” aviasiya bombası NATO standartlarına uyğun yaradılıb. Bu məmulat daxili təlabat və ixrac üçün nəzərdə tutulur.

 




Oxunub: 591