Nazir müavini Yəhya Musayev Türkiyənin müdafiə sənayesi başqanı ilə görüşdü

30.04.2019 17:30

Aprelin 30-da İstanbulda keçirilən “IDEF-2019” sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin müdafiə sənayesi başqanı İsmayıl Dəmirlə görüşdü.

Nazir müavini Türkiyədə XIV dəfə təşkil olunan beynəlxalq müdafiə sənayesi sərgisinin yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğuladı və sahə üzrə iki qardaş ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirdi.  

Səmimi keçən görüşdə iki qardaş ölkə arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.

Sərgi çərçivəsində nazir müavini “IDEF-2019” sərgisində öz məhsullarını nümayiş etdirən Türkiyənin “ASELSAN” şirkətinin stendində oldu və şirkətin nümayəndələri ilə görüşdü.

     




Oxunub: 422