Müdafiə Sənayesi Nazirliyi adından Azərbaycan Ordusuna əl qumbaraatanları hədiyyə olundu

30.04.2019 15:25

Aprelin 30-da İstanbulda keçirilən “IDEF-2019” sərgisi çərçivəsində nazir müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin stendində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşdü.

Görüşdə Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyi adından Azərbaycan Ordusuna 50 ədəd revolver tipli əl qumbaraatanı hədiyyə edildiyini bildirdi. Hədiyyə olunan əl qumbaraatanlarının nümunəsi general-polkovnik Zakir Həsənova təqdim olundu.

   




Oxunub: 481