Nazir müavini Yəhya Musayev “IDEF-2019” sərgisi çərçivəsində "Ukroboronprom" şirkətinin baş direktoru ilə görüşdü

30.04.2019 17:16

Aprelin 30-da İstanbulda keçirilən “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində nazir müavini Yəhya Musayev sərgiyə qatılan və Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Ukraynanın "Ukroboronprom" şirkətinin baş direktoru Pavlo Bukin ilə görüşdü.

Səmimi keçən görüşdə gələcək əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparıldı.




Oxunub: 639