Nazir müavini Yəhya Musayev “IDEF-2019” sərgisində Cibutinin müdafiə naziri ilə görüşdü

30.04.2019 17:10

Aprelin 30-da İstanbulda keçirilən “IDEF-2019” sərgisində nazir müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Cibutinin müdafiə naziri Əli Həsən Bahdon ilə görüşdü.

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir  mübadiləsi aparıldı.

Əli Həsən Bahdon Müdafiə Sənayesi Nazirliyi tərəfindən nümayiş etdirilən məmulatları böyük maraqla izlədi.




Oxunub: 353