Azərbaycan Respublikasının Prezidenti müdafiə sənayesi işçilərinin fəxri adlara layiq görülməsinə və təltif olunmasına dair sərəncamlar imzalayıb

15.12.2018 16:30

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərinin fəxri adlara layiq görülməsinə və təltif olunmasına dair sərəncamlar imzalayıb.

Prezidentin sərəncamlarına əsasən Zeynalov Vaqif Əziz oğlu “Əməkdar dövlət qulluqçusu”, Məmmədov Sədrəddin Abbas oğlu, Virskiy İqor Sergeyeviç “Əməkdar mühəndis” fəxri adlarına layiq görülüb, Müfid-Zadə Röfət Həmid oğlu 3-cü dərəcəli “Əmək” ordeni, Abdurəhmanov Nizami Əli oğlu, Cəlilov Mahir Fikrət oğlu, Əliyev Abil Qədim oğlu, Əliyev Elmar Arif oğlu, Hüseynov İftixar Hüseyn oğlu, Quliyev Soltan Ələsgər oğlu, Məsimov Yaqub İsmayıl oğlu, Tağıyev Mirmusa Mirtağı oğlu “Tərəqqi” və Əliyev Nadir Əli oğlu, Əmirov Xasay Yaşa oğlu, Şahbazov Ramin Tofiq oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.




Oxunub: 1439