Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Rusiyanın sənaye və ticarət nazirinin müavini ilə görüşdü

23.10.2018 15:07

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəvəti ilə Moskvada səfərdədi.

Səfər çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin Rusiyanın sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev ilə görüşü oldu.

Səmimi keçən görüşdə iki ölkənin müdafiə sənayesi üzrə fəaliyyət göstərən qurumları arasında mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olundu. Eyni zamanda, əməkdaşlığın genişləndirilməsinə dair hər iki tərəfin niyyəti ifadə olundu və geniş fikir mübadiləsi aparılaraq prioritet istiqamətlər üzrə razılıq əldə edildi.

Nazir müavini Yəhya Musayev dəvətə və səfərin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirdi.




Oxunub: 822