Nazir müavini Yəhya Musayev Sudanın Müdafiə Sənayesi Təşkilatının icraçı direktoru ilə görüşdü

27.09.2018

Sentyabrın 27-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində Sudanın Müdafiə Sənayesi Təşkilatının icraçı direktoru, general-mayor  Dafa Alla Hamis Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparıldı.

Nümayəndə heyətinin başçısı “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı və tədbirə dəvətə görə təşəkkürünü bildirdi.

 




Oxunub: 749