Nazir müavini Yəhya Musayev “Rosoboronexport” şirkətinin nümayəndəsi ilə görüşdü

27.09.2018

Sentyabrın 27-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində Rusiyanın “Rosoboronexport” şirkətinin  baş direktorunun baş müşaviri Esen Topoyevi qəbul etdi.

Səmimi keçən görüşdə ikitərəfli əməkdaşlığın inkişafına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.

Esen Topoyev “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı və belə bir möhtəşəm tədbirə qatıldıqları üçün böyük məmnunluq hissi duyduğunu bildirdi.

 




Oxunub: 763