Nazir müavini Yəhya Musayev Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri ilə görüşdü

26.09.2018

Sentyabrın 26-da müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşdü.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran diğər məsələlər müzakirə edildi.

Roman Qolovçenko “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı və belə bir möhtəşəm tədbirə qatıldıqları üçün böyük məmnunluq hissi duyduğunu bildirdi.

  




Oxunub: 197