Nazir müavini Yəhya Musayev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin müavini ilə görüşdü

26.09.2018

Sentyabrın 26-da müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini, ordu generalı Reza Mozaffarinianın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşdü.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparıldı.

Reza Mozaffarinia “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı və tədbirə dəvətə görə təşəkkürünü  bildirdi.

 




Oxunub: 420