Nazir müavini Yəhya Musayev Türkiyənin "ASELSAN" şirkətinin nümayəndə heyəti ilə görüşdü

25.09.2018

Sentyabrın 25-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin "ASELSAN" şirkətinin idarə heyətinin sədri-baş direktor Haluk Görgünün başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul etdi.

Səmimi keçən görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş müzakirələr aparıldı.

Haluk Görgün “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə "ASELSAN" şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.




Oxunub: 300