Nazir müavini Yəhya Musayev Misir nümayəndə heyətini qəbul etdi

08.08.2018

Avqustun 8-də nazir müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə və Hərbi İstehsalat Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi, general-mayor Tarek Saadzagloul Tolbanın başçılq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul etdi.

Yəhya Musayev Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdəki əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğuladı.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verdi.

Səmimi keçən görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Nümayəndə heyətinin başçısı Tarek Saadzagloul Tolba qəbula görə minnətdarlığını bildirdi.

Görüşdə Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim də iştirak edirdi.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində oldu və istehsal prosesini yaxından izlədi.




Oxunub: 384