Nazir müavini Yəhya Musayev Avstriya nümayəndə heyətini qəbul etdi

01.08.2018

Avqustun 1-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin əməkdaşlıq təşkilatının müdiri Verner Müllerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Görüş zamanı Yəhya Musayev Azərbaycan ilə Avstriya arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurğuladı.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verdi.

Səmimi keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex də iştirak edirdi.




Oxunub: 1122