Müdafiə Sənayesi Nazirliyində Türkiyənin “Turkish Aerospace” şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi

23.07.2018

İyulun 23-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin aeronavtika və kosmonavtika sahəsi üzrə ixtisaslaşmış “Turkish Aerospace” şirkətinin baş direktoru Təməl Kotilin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul etdi.

Nümayəndə heyətini salamlayan nazir müavini Yəhya Musayev Azərbaycan ilə qardaş Türkiyə arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurğuladı.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə geniş məlumat verdi, Türkiyənin müvafiq qurumları ilə sahə üzrə mövcud əməkdaşlıq əlaqələrindən danışdı.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair geniş müzakirələr aparıldı.

Nümayəndə heyətinin başçısı Təməl Kotil səmimi qəbula görə minnətdarlığını bildirdi.




Oxunub: 1597