Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının yay istirahəti səmərəli təşkil edilir

03.07.2018

Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının yay istirahəti günlərinin səmərəli təşkili məqsədilə tədbirlər həyata keçirilir. Ötən illərdə olduğu kimi, bu il də nazirlik əməkdaşlarının və onların ailə üzvlərinin sağlamlıqlarının qorunması və bərpası məqsədilə respublikamızın səfalı guşələrindən olan Qəbələdə yerləşən dördulduzlu “Duyma” istirahət və sağlamlıq mərkəzinə turlar təşkil edilir.

İyulun 5-dən başlayacaq turlar sentyabrın 3-dək davam edəcək. Hər biri beş gün davam edəcək turlara nazirliyin 500-dən çox (15 qrupdan ibarət) əməkdaşının qatılması nəzərdə tutulur.  

Turlar çərçivəsində nazirlik əməkdaşlarının Qəbələ və Oğuz rayonlarındakı tarixi məkanlara ziyarətləri və maraqlı yerlərlə tanışlıqları da təşkil olunacaq.




Oxunub: 513