Almaniyanının “Stern” jurnalının xəbər saytı Müdafiə Sənayesi Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında imzalanmış protokola dair məlumat yaymışdır

02.07.2018

İyunun 27-də Almaniyanının çoxtirajlı həftəlik nəşri olan “Stern” jurnalının xəbər saytı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə bu ölkənin “Rheinmetall” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə imzalanmış niyyət protokoluna dair geniş məlumat yaymışdır.

Məlumatda bildirilir ki, Almaniyanın müdafiə sənayesi üzrə ixtisaslaşmış “Rheinmetall” şirkəti Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin qurulmasına cəhd edir. Məhz bu məqsədlə cari ilin iyununda Fransada keçirilən “EUROSATORY-2018” sərgisi çərçivəsində “Rheinmetall” şirkəti ilə Müdafiə Sənayesi Nazirliyi arasında niyyət protokolu imzalanmışdır.

Məlumatda, həmçinin “Rheinmetall” şirkəti ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan danışıqlar da qeyd edilib.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: https://www.stern.de/politik/deutschland/rheinmetall-bahnt-geschaefte-mit-aserbaidschan-an-8142486.html




Oxunub: 1119