Nazir Yavər Camalov Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədrini qəbul etdi

16.05.2018

Mayın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Nazir, Oleq Dviqalyovu Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və nazirliyin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verdi.

Görüşdə Azərbaycan ilə Belarus arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf persperktivlərinə dair fikir mübadiləsi aparıldı.

Nümayəndə heyətinin başçısı, general-mayor Oleq Dviqalyov səmimi qəbula görə minnətdarlığını bildirdi.




Oxunub: 1332