“Radioquraşdırma” zavodunda yanğın hadisəsi baş verib

06.02.2018

Bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş vermişdir.

Hadisə zamanı xəsarət alan olmamışdır. 

Məlumat üçün bildiririk ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Kütləvi informasiya vasitələri hadisə ilə bağlı məlumat verərkən nazirliyin Mətbuat xidməti ilə əlaqə saxlamaları xahiş olunur.




Oxunub: 2997