Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşı Prezidentin müvafiq sərəncamlarına əsasən fəxri adlara layiq görüldü və təltif olundular

15.12.2017

Dekabrın 14-də Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi”“Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır.

Respublikanın müdafiə sənayesinin yaradılmasında, inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə nazirliyin əməkdaşları Əsədov Feyruz Zəfər oğlu, Qasımov Qulu Qasım oğlu, Qocayev Cahid Adıgözəl oğlu, Məmmədov Cavid Xəlil oğlu “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüş, Allahverdiyev Murad Hacı oğlu, Heydərov Arif Eldar oğlu, Xəlilov Eldar Xəlil oğlu, Xıdırov Niyazi Qərib oğlu, İmaməliyev Nazim Kərim oğlu, Kərimov Natiq İsrafil oğlu, Qurbanov Kamal Ramiz oğlu, Məmmədov Mütəllim Türbəndə oğlu, Nəhmədova Şəhla Əhliman qızı, Primov Ələddin Abbasəli oğlu, Səfərov Saməddin Sabir oğlu, Şivilov Bulud Əhməd oğlu “Tərəqqi” və Hacıyev Rauf Ramiz oğlu, İbadov Elnur Adəm oğlu, İslamov Fazil Şamil oğlu, Qasımov Soltan Kərim oğlu, Mirişov Ehtiram Zakir oğlu, Rəsulzadə Rüstəm Rüfət oğlu, Tahirova Nəzakət Gülağa qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuşlar.




Oxunub: 3110