Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının III hesabat-seçki Qurultayı keçirildi

23.11.2017

Noyabrın 23-də Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Respublikası Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının III hesabat-seçki Qurultayı keçirildi.

Qurultayda Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Röfət Müfid-Zadənin 2012-2017-ci illərə dair Respublika Komitəsinin fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənildi, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin növbəti beş ildə daha yüksək səviyyədə qorunması ilə bağlı Respublika Komitəsinin fəaliyyət istiqamətləri müəyyənləşdirildi, Həmkarlar İttifaqının rəhbər orqanları seçildi.

Tədbirdə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev, Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi, şöbə müdirləri, birlik və idarə rəhbərləri iştirak edirdilər.




Oxunub: 1034