Müdafiə Sənayesi Nazirliyində korrupsiyaya qarşı mübarizəyə və etik davranış qaydalarına əməl olunmasına dair növbəti treninq keçirildi

21.11.2017

Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Respublikasi Prezidentinin 27 aprel 2016-cı il tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən korrupsiyaya qarşı mübarizəyə və etik davranış qaydalarına əməl olunmasına dair növbəti treninq keçirildi.

Treninqdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi kimi məsələlərə dair geniş müzakirələr aparıldı, dövlət qulluqçularının qeyd olunan məsələlərə daim məsuliyyətlə yanaşmalarının vacibliyi qeyd edildi.   




Oxunub: 812