Özbəkistanın müdafiə naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində oldu

17.11.2017

Noyabrın 17-də Azərbaycanda səfərdə olan Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsal Müəssisəsində və Bakı “Cihazqayırma” zavodunda oldu.

Nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verildikdən sonra bir neçə məmulatın istehsal prosesi izlənildi.




Oxunub: 1000