Müdafiə Sənayesi Nazirliyində İsrail nümayəndə heyəti ilə görüş keçirildi

31.07.2017

İyulun 31-də Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan İsrailin Müdafiə Nazirliyinin müdafiə ixracı və müdafiə əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Mişel Ben Baruhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

Nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verildi.

Görüşdə Azərbaycan ilə İsrail arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.

İsrailin  Azərbaycandakı səfiri Dan Stav da görüşdə iştirak edirdi.




Oxunub: 1657