Nazir Yavər Camalov Belarusun Azərbaycandakı səfirini qəbul etdi

19.06.2017

İyunun 19-da müdafiə sənayesi naziri Yavər Camalov Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul etdi.

Görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Belarus arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğuladı.

Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verdi. 

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Belarusun Azərbaycandakı hərbi attaşesi polkovnik Andrey Lemeşevski də görüşdə iştirak edirdi.




Oxunub: 536