Nazir Yavər Camalov Pakistanın Azərbaycandakı səfirini qəbul etdi

14.03.2017

Martın 14-də müdafiə sənayesi naziri Yavər Camalov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Səid Xan Mohmandı qəbul etdi.

Görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğuladı.

Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verdi. 

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Pakistanın Azərbaycandakı hərbi attaşesi polkovnik Seyid İmran Əli də görüşdə iştirak edirdi.




Oxunub: 879