Nazir Yavər Camalov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul etdi

24.02.2017

Fevralın 24-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Nazir Yavər Camalov Azərbaycan ilə Cibuti arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğuladı və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə dair nümayəndə heyətinə məlumat verdi.

Mahmud Əli Yusuf səmimi qəbula görə minnətdarlığını bildirdi.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.




Oxunub: 1003