Nazir Yavər Camalov Qətərin Azərbaycandakı səfirini qəbul etdi

16.02.2017

Fevralın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Qətərin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul etdi.

Səfiri salamlayan nazir Yavər Camalov ona diplomatik fəaliyyətində uğurlar arzuladı. Nazir Azərbaycan ilə Qətər arasındakı əlaqələri yüksək qiymətləndirdiyini vurğuladı.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verdi. 

Yusif bin Həsən əl-Sai səmimi qəbula görə minnətdarlığını bildirdi.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.




Oxunub: 1102