Nazir Yavər Camalov Türkiyənin Azərbaycandakı səfirini qəbul etdi

08.02.2017

Fevralın 8-də müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul etdi.

Səfiri salamlayan nazir Yavər Camalov ona diplomatik fəaliyyətində uğurlar arzuladı. Nazir Azərbaycan ilə qardaş ölkə Türkiyə arasındakı ikitərəfli əlaqələrin böyük inkişaf yolunda olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğuladı.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verdi. 

Erkan Özoral səmimi qəbula görə minnətdarlığını bildirdi.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.




Oxunub: 769