Nazir Yavər Camalov Meksikanın Azərbaycandakı səfirini qəbul etdi

07.02.2017

Fevralın 7-də müdafiə sənayesi naziri Yavər Camalov Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresi qəbul etdi.

Nazir Azərbaycan ilə Meksika arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırdı və bu əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğuladı.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verdi. 

Səfir Xuan Rodrigo Labardini Flores səmimi qəbula görə minnətdarlığını bildirdi.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.




Oxunub: 1006