Nazir Yavər Camalov İtaliyanın “Gruppo Leonardo-Finmeccanica” şirkətinin baş direktorunu qəbul etdi

16.01.2017

Yanvarın 16-da  müdafiə sənayesi naziri Yavər Camalov İtaliyanın “Gruppo Leonardo-Finmeccanica” şirkətinin baş direktoru Mauro Morettinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Nazir Yavər Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumat verdi.

Görüş zamanı mümkün əməkdaşlıq sahələrinə dair müzakirələr aparıldı.

Mauro Moretti səmimi qəbula görə minnətdarlığını bildirdi.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo da iştirak edirdi.




Oxunub: 843