Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşı Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən fəxri adlara layiq görüldü və təltif olundular

14.12.2016

Dekabrın 13-də Respublika Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi”“Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır. 

Respublikanın müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə nazirliyin əməkdaşları Daşdıyev İmaməddin Əşrəf oğlu, İbadov Adəm Bəhlul oğlu, Kərimov Qəzənfər Nuruş oğlu “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüş, Abdullayev Ələsgər Xəlil oğlu, Babayev Əmrah Məcnun oğlu, Babayeva Zibar Axəd qızı, Əsədov Hüseynağa Əsədulla oğlu, Əsədov Xasməmməd Əli oğlu, İsmayılov Rafael İbad oğlu, Qasımov Məzahir Fərman oğlu, Qədirova Narıngül Məmmədağa qızı, Qəniyev Tapdıq Yaqub oğlu, Sadıqov Tofiq Asiman oğlu, Yusifov Şahin İsa oğlu “Tərəqqi” və Bağırov Eldar Həsən oğlu, Kərimli Şəfəq Xanlar qızı, Kərimov İsmayıl İbrahim oğlu, Qəniyev Elvin Qabil oğlu, Nərimanov Niyazi Nəriman oğlu, Şükürov Rəmzi Əbil oğlu, Tahirov Rasim Firudinoviç “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuşlar.




Oxunub: 1931