Xəbərlər

  • Müdafiə Sənayesi Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirildi

    26.01.2015

    İclası açan nazir Yavər Camalov 2014-cü ildə respublikanın iqtisadi və ictimai-siyasi həyatında baş verən uğurlardan danışdı. Qeyd etdi ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi və mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş, dövlət büdcəsinin həcmi durmadan artmış, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir.

  • Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd etdilər

    17.12.2014

    Dekabrın 17-də öz peşə bayramlarını qeyd edən Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Şəhidlər xiyabanında uyuyan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edildi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu. Kollektiv tədbirin keçirildiyi “Radioquraşdırma” zavodunun həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət etdi, önünə gül dəstələri düzdü.

  • Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşı Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən fəxri adlara layiq görüldü və təltif olundular

    17.12.2014

    Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində -16 dekabr 2014-cü il tarixində Respublika Prezidenti İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır.

  • Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin milli müdafiə nazirinin müavini Hasan Kemal Yardımcını qəbul etdi

    11.12.2014

    Dekabrın 11-də müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin milli müdafiə nazirinin müavini Hasan Kemal Yardımcının başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

  • Müdafiə Sənayesi Nazirliyinin etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı illik hesabatı

    09.12.2014

    Müdafiə Sənayesi Nazirliyi tərəfindən 2014-cü il ərzində etik davranış qaydalarının təkmilləşdirilməsi istiqamətində görülmüş işlərə dair hesabat hazırlanmışdır.

  • Müdafiə Sənayesi Nazirliyində Koreya nümayəndə heyəti ilə görüş keçirildi

    28.11.2014

    Noyabrın 28-də Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan Koreya Respublikasının Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) müdafiə sənayesinin təşviqi üzrə baş direktoru Lee Jung Yongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

  • Müdafiə Sənayesi Nazirliyində treninq keçirildi

    11.11.2014

    Azərbaycan Respublikası Prezidentinin «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamı təsdiq edilmiş, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 9-10-cu bəndlərində maraqlar toqquşmasının qarşısının alınması və etik davranış qaydalarının təkmilləşdirilməsi ilə əlaqədar görüləcək işlər və nəticə indikatorları qeyd edilmişdir.

  • Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2014-cü ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirildi

    31.10.2014

    Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi. Bildirildi ki, aparılan məqsədyönlü işlər nəticəsində nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilmişdir.

  • Müdafiə Sənayesi Nazirliyində işçilərin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi tam başa çatdırılmışdır

    02.10.2014

    “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanının 1.4-cü bəndinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın icrası istiqamətində Müdafiə Sənayesi Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

  • Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisi başa çatdı

    13.09.2014

    “ADEX-2014” adı altında Azərbaycanda keçirilən birinci beynəlxalq müdafiə sənayesi sərgisi öz işini başa çatdırdı.