İstifadə qaydaları

Sistemdən istifadə qaydaları

Hörmətli istifadəçi,  Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”  bölməsinə xoş gəlmisiniz! 

 

Qeydiyyatdan keçən zaman vacib olan məsələlər:

Sizdən Xüsusi icazə almaq üçün aşağıda qeyd olunanların yerinə yetirilməsi tələb olunur.

  • Hüquqi və fiziki şəxslərin üçün müraciət etmə bölmələrində ülduz ( * ) işarəsi olan formaların doldurulması mütləqdir.
  • Müraciətdən sonra formaya daxil etdiyiniz e-mail ünvanına qeydiyyatdan keçməniz barədə məktub gələcək.
  • Sistemə daxil olduqdan sonra tələb olunan sənədlərdən hər hansı yükləməmişdirsə yenidən yükləyə bilərsiniz.
  • Sənədlərinizin qəbul olunması haqqında sizin və e-mail ünvanınıza xəbərdarlıq məktubu göndəriləcək.
  • Sənədlər elektron fayl şəkilində doc (docx), pdf ya da jpg (jpeg) formatlarında və hər birinin həcmi 2 Mb-dan artıq olmamaq şərtilə qəbul olunur.
  • Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  • Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  • Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  • Sənədləri sayta yüklədikdən sonra sənədləri göndərdiyinizi təsdiq etmək üçün aşağıdakı “Göndər” düyməsini klikləməyi unutmayın!
    • Elektron xidmət ilə bağlı daha geniş məlumat almaq üçün İnzibati reqlament yazısının üzrərinə klikləyin.

       

      Sistemdən istifadə etdiyiniz üçün təşəkkür edirik.