Müəssisə haqqında

Xaçmaz “Kondensator” zavodu 1981-ci ildə SSRİ elektron sənayesi nazirinin əmrinə əsasən “Elektrolit” İB-nin Severo-Zadonsk Kondensator zavodunun filialı kimi yaradılmış və 1982-ci ildən fəaliyyətə başlamışdır.
Xaçmaz “Kondensator” zavodu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir.
2006-cı ildən Xaçmaz “Kondensator” zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.