Müəssisə haqqında

Şərur “Radio” zavodu 1981-ci ildən Bakı “Radio” zavodunun filialı kimi fəaliyyətə başlayıb. Filialda “Xəzər-304” markalı radioqəbuledicilər istehsal olunurdu.
1984-cü ildən “Radioquraşdırma” İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən müəssisə “Xəzər-404” markalı radioqəbuledicilərin istehsalına başlayıb. Sonralar müəssisə həmçinin plastik qablar istehsalı ilə məşğul olub.
Şərur “Radio” zavodu 2008-ci ildən Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərir.