Müəssisə haqqında

  • Əsası 1957-ci ildə "Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) yaradılmaqla qoyulmuşdur.
  • 1985-ci ildə "Neftkimyaavtomat" ETLİ (baş təşkilat), Əli Bayramlı şəhərindəki "Cihazlar", "Sənaye Avtomatikası və Telemexanika" zavodları və Bakı "Geofizcihaz" zavodu tərkibinə daxil olmaqla "Neftqazavtomat" Elmi-İstehsalat Birliyi yaradılmışdır.
  • 1993-cü ilə qədər SSRİ Cihazqayırma Nazirliyinin, 1993-2005–ci illərdə Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir.
  • 2006-cı ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi  adı altında fəaliyyət göstərir.
  • Əldə etdiyi nailiyyətlərinə görə beynəlxalq və dövlət mükafatlarına layiq görülmüşdür.
  • İSO 9001-2000 standartının tələblərinə uyğunluq sertifikatı vardır.
  • Təhlükə potensiallı obyektlərdə quraşdırma, texniki xidmət işlərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin icazəsi vardır.
  • Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyasına malikdir.
  • 12 elmlər doktoru və 176 texnika elmləri namizədi hazırlamışdır.
  • "Neftqazavtomat" EİM-in əsas sifarişçiləri və tərəfdaşları aşağıdakılardır:
  • Azərbaycan Respublikası Dövlət Neft Şirkəti;
    • "Salyan OYL" MMM;
    • "Şirvan OYL" BMMM;
    • "Azəriqaz" SC;
    • "Azərkimya" Dövlət Şirkəti;
    • "Urenqoyqazprom" MMC (Rusiya);
    • BP;
    • Emerson Process Management şirkəti (Fisher Rosemount, Daniel Measurement & Control, Control Techniques, Intellution);
    • "LUKOYL-Azərbaycan" neft kompaniyası;
    • "RNGS-Azərbaycan" BM.