Elanlar

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir. Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə edə bilərsiniz.

Müsahibədə müvafiq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat almış şəxslər iştirak edə bilərlər.

Hər bir namizəd sertifikat aldığı müvafiq vəzifə altqrupu çərçivəsində vakant vəzifə üzrə müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Dövlət İmtahan Mərkəzinin internet portalına daxil etdiyi müvafiq məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 05 noyabr 2018-ci il tarixdən 05 dekabr 2018-ci il tarixədək (30 gün müddətində) elektron müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.