Müəssisə haqqında

Gəncə Maşınqayırma zavodu Azərbaycan SSR KP MK-nin və Nazirlər Sovetinin 11.08.1977-ci il tarixli 44 nömrəli Qərarı ilə SSRİ radiosənayesi nazirinin 21.10.1977-ci il tarixli 442 nömrəli əmri əsasında 1984-cü ildən inşa olunmağa başlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 03.09.1992-ci il tarixli 160 nömrəli Fərmanına əsasən Gəncə Maşınqayırma zavodu “Azəriqaz”  Dövlət şirkətinin tərkibinə daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27.09.2006-cı il tarixli 462 nömrəli Fərmanına əsasən zavod Аzərbaycan Рespublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.