Müəssisə haqqında

“İQLİM” Elmi-İstehsalat Müəssisəsi 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayırma zavodunun kondisionerlər sexinin bazasında “Bakı İqlim Qurğular zavodu” adı altında yaradılmışdır. İlk məhsulu otaq hava kondisionerləri olmuşdur.

1961 – zavodun adı dəyişdirilib, Bakı Kondisionerlər zavodu olmuş və SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

1970 – zavodun adı yenidən dəyişdirilib, Bakı Maşınqayırma zavodu olub. Məhsulu – aerodrom hava kondisionerləri, aviasiya kürəvi və silindrik balonları, hidroakkumulyatorlar və “Azərbaycan-4” məişət kondisionerləri.

1974 – Bakı maşınqayırma zavodunun, onun filialının və “Nauka” (Moskva) Aqreqat zavodunun Bakı filialının bazasında  Bakı Aqreqat İstehsal Konstruktor Birliyi (BAİKB) yaradılıb.

1978 – BAİKB-in adı dəyişilib, Bakı Aqreqat İstehsal Birliyi (BAİB) olub.

1992 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə BAİB-in adı dəyişdirilərək, “İqlim” Bakı Aviasiya İstehsalat Birliyi (“İqlim” BAİB) olub.

1993-cü ildən 2005-cı ilədək Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib.

2006-cı ildən “İqlim” Elmi-İstehsal Müəssisəsi kimi Azərbaycan  Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı vardır.