Fəaliyyət istiqamətləri

Azərbaycan Respublikasının Мüdаfiə Sənаyеsi Nаzirliyi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılmışdır.

Мüdаfiə Sənаyеsi Nаzirliyinin müəssisələri istehsal etdikləri məhsul çeşidlərinə görə aşağıdakı sənaye sahələrinə aiddirlər:

  • "İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Avia-Aqreqat" zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Dalğa" Elmi-İstehsalat Müəssisəsi və "Alov" zavodu aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələrdəndir.
  • Bakı "Radioquraşdırma" zavodu, "Azon", "Peyk" və "EHM" zavodları rabitə və radioelektronika məhsulları istehsal edir.
  • "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi, "Telemexanika" zavodu və Bakı "Cihazqayırma" zavodu neftqazçıxarma, neft emalı və kimya müəssisələri üçün cihazlar və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri istehsal edir.
  • "Avtomatik xətlər" Elmi-İstehsalat Müəssisəsi elektrotexnika, maşınqayırma məhsulları və qeyri-standart avadanlıqlar istehsal edir.